Cənubi Qafqaz
Paşinyanın BAŞI DƏRDDƏ - Eçmiədzində toplantıdan sonra...
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim siyasi qüvvə Ermənistan Apostol Kilsəsini dağıtmağa yönəlmiş plan həyata keçirir.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə keçirilən yepiskoplar toplantısından sonra yayılan bəyanatda deyilir:
“Görünür ki, Ermənistanın hakim siyasi qüvvəsi Ermənistan Apostol Kilsəsini məhv etməyə yönəlmiş qəsdkar planın həyata keçirilməsini davam etdirir”.
Bəyanatda həmçinin qeyd olunub ki, bu “qanunsuz və anti-kilsə hərəkətləri” dindarların mənəvi hisslərini kobud şəkildə təhqir edir və tamamilə görməməzliyə vurur. Bildirilir ki, kilsələr bağlanır, əvvəlcədən planlaşdırılmış dini mərasimlər ləğv edilir.
Eçmiədzin mövcud vəziyyətə görə bütün məsuliyyəti hazırkı hakimiyyətin və şəxsən Baş nazirin üzərinə qoyur. Onlar Kilsəyə və ruhaniyyətə qarşı uzun müddət nifrət və dözümsüzlük dilinin yayılmasında, eləcə də Kilsənin çoxəsrlik ənənələrinə açıq şəkildə təcavüz etməkdə ittiham olunurlar.
Qeyd olunub ki, bu cinayət işlərinin siyasi motivi aydındır, çünki onlar baş nazirin Ermənistan Kilsəsinə qarşı yönəlmiş bəyanatlarından dərhal sonra ortaya çıxır.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)























