Cənubi Qafqaz
Eks-məmurların evlərindən görün nələr götürüldü - Qonşu ölkədə ŞOK ƏMƏLİYYAT
Gürcüstanın keçmiş yüksək vəzifəli məmurlarının, o cümlədən sabiq baş nazir İrakli Qaribaşvilinin evində axtarışlar aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qağnidze brifinqdə məlumat verib.
O bildirib ki, axtarışlar zamanı 7 milyon dollardan çox pul, 198 ədəd qiymətli zinət əşyası və saat, bahalı rəsm əsərləri və sənədlər götürülüb.
İstintaq tədbirlərində təxminən 230 hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Hazırda götürülən əşyalar araşdırılır.
Qağnidzenin sözlərinə görə, vəsaitlərin mənşəyi müəyyən edildikdən sonra müvafiq şəxslərə qarşı əlavə istintaq-əməliyyat tədbirləri və hüquqi reaksiya planlaşdırılacaq.
Oktyabrın 17-də sabiq baş nazir İrakli Qaribaşvili, sabiq DTX rəhbəri Qriqol Liluashvili, sabiq baş prokuror Otar Partsxaladze və daha 8 nəfərin evlərində axtarış aparılıb.
Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələrlə bağlı daha 16 nəfəri saxlayıb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































