Cənubi Qafqaz
Karapetyanın hərəkatı HƏRƏKƏTƏ KEÇDİ - Paşinyanın partiyası müxalifətə çevrilə bilər
"Mer dzevov" ("Öz yolumuzla") hərəkatı Samvel Karapetyanın təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanı seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən mitinqdə hərəkatın koordinatoru Narek Karapetyan məlumat veri.
“Ola bilsin ki, "Vətəndaş müqaviləsi" partiyası yenidən müxalifətə çevrilsin. Bunun üçün seçkilərə hazır olmalı, bu istiqamətdə çalışmalıyıq. Ermənistan xalqı bu qrupu ədalətli seçkilərlə hakimiyyətdən uzaqlaşdıra bilər”, - deyə Karapetyan bildirib.
Erməni əsilli rusiyalı milyarder, “Tashir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin hücumlarından sonra Ermənistan Apostol Kilsəsini dəstəklədiyini bildirmişdi ki, bu da baş nazir Nikol Paşinyanın narazılığına səbəb olmuşdu.
Biznesmenə qarşı cinayət işi açılıb. Ona hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham irəli sürülüb. Milyarderin həbsi ilə bağlı məhkəmə qərarı verilməmişdən əvvəl Paşinyan Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi planlarını açıqlamışdı.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































