Cənubi Qafqaz
Əliyevdən sonra Paşinyan da elan etdi: Bu gündən başlayır
İrəvan Türkiyədən Azərbaycana və əks istiqamətdə yüklərin Ermənistan ərazisindən daşınmasına hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gündən etibarən Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə yüklər Ermənistan ərazisindən daşına bilər: “Biz buna təkcə siyasi deyil, texniki cəhətdən də hazırıq”.
Paşinyan əlavə edib ki, rəsmi İrəvan Azərbaycanın əsas hissəsindən Naxçıvana və əksinə tranzitin də Ermənistan ərazisindən təmin edilməsinə siyasi olaraq hazırdır, laki texniki baxımdan, bu, hələlik mümkün deyil.
Bu o deməkdir ki, Paşinyan Türkiyə və Azərbaycan arasında Ermənistan ərazisindən yük daşımalarının Mehridən yox, digər yollardan istifadəsini nəzərdə tutur. Söhbət erməni baş nazirin daha öncə təqdim etdiyi və “sülhün kəsişməsi” layihəsinə daxil etdiyi yollardan gedir. Erməni baş nazir Mehridən keçidin təmin edilməsi üçün texniki məsələlərin 2-3 il ərzində həll edilə biləcəyini qeyd edib.
Prezident İlham Əliyev də Qazaxıstanda səfərdə olarkən, Zəngəzur dəhlizinin 2028-ci ildə açılacağını vurğulayıb. Dövlət başçısı bildirib ki,
Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb və ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub.
Buna görə Prezident İlham Əliyevə təşəkkür edən Nikol Paşinyan da qarşılıqlı şəkildə Ermənistanın Azərbaycan və Türkiyə arasında yük daşımaları üçün tranzit olacağını bildirib.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































