Cənubi Qafqaz
Ermənilər Sədərəkdə bunu etmək istəyir – Zəngəzurla bağlı yeni plan
Yerasx (Arazdəyən) - Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq.
Publika.az xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan çıxış edib.
Revanşist qüvvələrə yaxın olan deputat regional kommunikasiyanın açılması ilə blokadanın aradan qalxacağını real hesab etmir. O təklif edir ki, Ermənistanın dalandan çıxması üçün Yerasx-Sədərək dəmir yolu tikilməlidir.
“Bu yol açılmadan “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red) tam fəaliyyət göstərə bilməz. Bu yol (Zəngəzur dəhlizi) təkcə 42 kilometri deyil, Yerasxa gedən bütün marşrutu əhatə etməlidir”, - o iddia edib.
Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Vaşinqton anlaşmalarına, o cümlədən Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı altında açılmasına qarşı çıxır. Yerasx-Sədərək dəmir yolu xətti məsələsinin ortaya atılması da “arqumentlərini” gücləndirmək məqsədi daşıyır.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































