Cənubi Qafqaz
Ermənistanda kilsəyə məxsus telekanal bağlanır
Ermənistanda Erməni Apostol kilsəsi tərəfindən təsis edilən "Şoqakat" televiziya kanalı bağlanır.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan parlamenti "Audiovizual media haqqında" qanuna dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliklər ictimai televiziya kanallarının sayının ikiyə endirilməsini, maarifləndirici və mədəni proqramların yayımlanması ilə bağlı məcburi tələbin ləğv edilməsini nəzərdə tutur.
"Şoqakat" dini-maarifləndirici televiziya kanalı artıq dövlətdən maliyyə vəsaiti ala bilməyəcək.
Xatırladaq ki, may ayında Ermənistan hökuməti ilə kilsə arasında münasibətlər pisləşib. Buna səbəb Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi haqqında sosial mediada təhqiramiz ifadələrə yer verməsi olub. Oktyabrın 3-də İrəvan məhkəməsi arxiyepiskop Ajapaxianı hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edərək iki il müddətinə azadlıqdan məhrum edib .
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































