Cənubi Qafqaz
Simonyan əmr verdi: Ermənistanda Azərbaycana qarşı təxribatın qarşısı alındı
Qarabağdan qaçan separatçıların İrəvanda planlaşdırdığı təxribatın qarşısı alınıb.
Publika.az xəbər verir ki, Ermənistanın revanşist qüvvələri və separatçılar Avronest Parlament Assambleyasının İrəvanda keçirilən ssessiyasında Qarabağda məhv edilən keçmiş qondarma rejimin “bayrağını” təqdim etməyə çalışıb.
Revanşistlər və separatçılar bu məqsədlə keçmiş qondarma rejimin “əski parçası”nı Ermənistan parlamentindəki müxalifət fraksiyaların masalarına qoyublar. Bununla Avronest sessiyası zamanı beynəlxalq diqqəti çəkəcəklərini planlaşdırsalar da, Ermənistan hakimiyyəti təxribatın qarşısını alıb. Məlumata görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın əmri ilə qondarma “bayraqlar” parlamentdən yığışdırılıb.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































