Cənubi Qafqaz
Paşinyanın komandası İrəvanda Bakıya qarşı bu təxribatın da qarşısını aldı
Avronest Parlament Assambleyasının (PA) İrəvanda keçirilən sessiyası zamanı Azərbaycana qarşı təxribatın qarşısı alınıb.
Publika.az xəbər verir ki, Ermənistan parlamentində keçirilən sessiyada erməni deputatlar Avronest PA-ya “ermənilərin Qarabağa yenidən köçürülməsi hüququ” haqda təklif təqdim ediblər.
“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Anna Qriqoryan, Elinar Vardanyan, Hayk Mamicanyanın hazırladığı təklifdə “ermənilərin beynəlxalq zəmanət altında Qarabağa qayıdışı” irəli sürülür. Lakin hakim “Mülki müqavilə” partiyasından olan deputatlar bu təklifin əleyhinə səs veriblər, eyni zamanda, avropalı deputatları da dəstəkləməməyə çağırıblar.
“Müxtəlif ölkələrin deputatlarından öyrəndik ki, “Mülki müqavilə” üzvlərinin mövqeyi onların təklifə qarşı çıxmasına zəmin yaradıb”, - Xaçatryan deyib.
Qeyd edək ki, Avronest PA-nın sessiyasından öncə Ermənistanın müxalif deputatları parlamentdəki kürsülərə Qarabağda keçmiş qondarma rejimin “bayrağını” qoyublar. Lakin sessiya başlamamışdan öncə spiker Alen Simonyanın göstərişi ilə “əski parçaları” yığışdırılıb.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































