Cənubi Qafqaz
Ermənistanda tələbələri daşıyan avtobus DƏRƏYƏ AŞDI: 50 nəfərdən 30-u... - VİDEO/YENİLƏNDİ
Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.
Publika.az News.am-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Altı yaralının İrəvana aparılacağı bildirilir; yaralılardan birinin vəziyyəti sabit ağırdır və əməliyyat olunub.
Qeyd edək ki, qəza Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb. İrəvan Dillər Universitetinin tələbələrini daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.
Hadisə yerinə fövqəladə yardım xidmətləri göndərilib, hadisənin səbəbləri araşdırılır.
xxx
18:36
Ermənistanın şimalında sərnişin avtobusu dərəyə aşıb.
Publika.az News.am-a istinadla xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza günorta saatlarında Tavuş bölgəsində, Ermənistan paytaxtından 110 km məsafədə yerləşən Ağarcin monastır kompleksinin yaxınlığında baş verib. Avtobusda ümumilikdə təxminən 50 sərnişin – V.Ya. Bryusov adına Yerevan Dövlət Dillər və Sosial Elmlər Universitetinin tələbələri olub.
"Hazırda 17 nəfərin vəziyyəti orta ağır, bir nəfərin isə ağırdır", - ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
İlkin məlumata görə, avtobus yola torpaq sürüşməsi nəticəsində aşıb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































