Cənubi Qafqaz
Paşinyandan müharibə və Qarabağ haqqında erməniləri şoka salan sözlər
“Ermənistanla Azərbaycan arasında münaqişə siyasi baxımdan sona çatsa da, sosial-psixoloji baxımdan hələ də davam edir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Erməni baş nazir qeyd edib ki, artıq iki ölkə arasında sülh bərqərar olub: “Lakin indi əsas çətinlik diplomatiyada deyil, yeni reallıqla barışmaqdadır. Mən sülhdən danışanda çoxlarına qəribə, hətta yad görünür. Sülh Ermənistan və Azərbaycan üçün tanış olmayan anlayışdır və yeni mühitdir. Onilliklər ərzində davam edən münaqişə zamanı hər iki tərəf bir-birini yalnız qarşıdurma prizmasından dərk etməyə vərdiş edib.
SSRİ dağılandan sonra münaqişə hər iki ölkənin siyasi sistemlərini, ictimai əhval-ruhiyyəni və milli kimliyini formalaşdıran amilə çevrildi. Müharibə bizim düşüncəmizi, siyasətimizi və xalqlar arasındakı münasibəti müəyyən edib. Münaqişəyə son qoyulması ictimai şüurun dərhal dəyişməsi demək deyil, uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması üçün vaxt, dialoq və yeni yanaşmalar lazımdır”.
Paşinyan ermənilərin “Qarabağa qayıdışı” məsələsinin də risklər yaratdığını bildirib.
“Çünki bu, münaqişənin ilkin paramentlərinə qayıtmaq deməkdir”, - o vurğulayıb.
Erməni baş nazirin sözləri əsasən Ermənistan cəmiyyətinə aiddir, çünki revanşist qüvvələr hələ də Azərbaycanla sülhü “baltalamaq” cəhdləri edir. Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində belə cəhdlərin daha da çoxalacağı gözləniləndir.
Asif
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib




































