Cənubi Qafqaz
Paşinyan Göyçə gölü ilə bağlı Əliyevə haqq qazandırdı - “Sevan” adı yoxdur
Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin “Sevan gölü”nün Göyçə gölü olduğu haqda fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Paşinyan Prezident İlham Əliyevin xəritələrə əsasən belə dediyini vurğulayıb.
“Azərbaycan Prezidenti bəyan edib ki, Çar Rusiyasının xəritələrinə baxsaq, orada “Sevan” adı yoxdur. Əvvəlcə Əliyevin nə dediyinə baxmaq lazımdır. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur”.
Paşinyan Prezident İlham Əliyevin fikirlərinə dolayısı ilə haqq qazandırıb və günahın Ermənistanda olduğuna işarə vurub.
“Azərbaycan tərəfi Ermənistan parlamentində niyə “Dağlıq Qarabağın bayraqlarının” asıldığını soruşur və bildirirlər ki, əgər belədirsə, biz də Sevana Göyçə deyəcəyik”, - Nikol vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycanın tarixi torpaqlarından bəhs edib.
“XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”, - dövlət başıçısı bildirib.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO


































.jpg)


