Cənubi Qafqaz
“Sevan” yoxdur, Göyçə var - Paşinyandan sonra Mirzoyan da Əliyevi müdafiə etdi
Ermənistanın baş naziri Nikol Paşinyandan sonra xarici işlər naziri Ararat Mirzoyan da Prezident İlham Əliyevin “Sevan gölü”nün Göyçə gölü olduğu haqda fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Mirzoyan Azərbaycan Prezidentinin tarixi xəritələrə istinad etdiyini qeyd edib.
“Bu açıqlama sülh gündəminə uyğun görünməyə bilər, lakin bir məsələni aydınlaşdırmaq lazımdır. Mən heç kimi müdafiə etmək istəmirəm, amma çıxış belə idi: Çar Rusiyasının xəritələrində Sevan yoxdur, Göyçə var”, - deyə o bildirib.
Ermənistan mediası Mirzoyanın bu sözlərini Azərbaycan Prezidentinin müdafiəsi kimi şərh edib.
Paşinyan da eyni səpkili münasibət bildirmişdi: “Azərbaycan Prezidenti bəyan edib ki, Çar Rusiyasının xəritələrinə baxsaq, orada “Sevan” adı yoxdur. Əvvəlcə Əliyevin nə dediyinə baxmaq lazımdır. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur”.
Ermənistanda revanşistlər Azərbaycan Prezidentinin tarixi həqiqətlərlə bağlı çıxışını Paşinyan hakimiyyətinin sülh proqramının əleyhinə istifadə etməyə çalışırlar. Ermənistan rəsmiləri isə ən yüksək səviyyədə bu iddialara qarşı mövqe sərgiləyir.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































