Cənubi Qafqaz
Süleyman Dəmirəlin Ermənistana gizli dəstəyi: Qarabağ işğal ediləndə nələr baş verib?
Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana göndərilməsi, kommunikasiyanın açılması istiqamətində ilk praktiki addımın atılması İrəvanda geniş müzakirələrə səbəb olub. Bu addımın sülh prosesinə böyük töhfə olduğunu düşünənlər də var, əksini deyənlər də.
Publika.az xəbər verir ki, Ermənistanın baş naziri olmuş Xosrov Arutyunyan isə 1990-cı illərdə yaranmış taxıl problemini necə həll etdiklərindən bəhs edib. Onun dedikləri Türkiyə amili fonunda xüsusilə diqqət çəkir.
X.Arutyunyan bildirib ki, 1992-ci ilin 10 aprel tarixinə qədər Rusiyadan gələn yüklər Azərbaycan vasitəsilə birbaşa Ermənistana daşınırdı: “Azərbaycan bundan istifadə edərək, dəmir yolunu bağladı. Misal üçün, taxılın X növünü buraxmayacaqlarını, Y növünü buraxacaqlarını deyirdilər. Aprelin 10-də proses tamamilə dayandı. Buna qədər bütün yüklər Ermənistana Azərbaycan vasitəsilə daşınırdı. Abxaziya xətti yalnız sərnişin daşınması üçün istifadə olunurdu. Azərbaycan xətti fəaliyyətini dayandırdıqdan sonra avqustun 4-də Abxaziya xətti də dayandı və Ermənistan dərin blokadaya düşdü. Biz taxılla bağlı ciddi problemlə üzləşmişdik. Mən 1992-ci ilin 1 avqustuda baş nazir təyin olundum. Ermənistan artıq bokadada idi, yeganə variant aviasiya idi, amma yük aviasiyamız yox idi. Biz nəsə etməyə, sərnişin təyyarələri ilə gətirməyə çalışırdıq. Elə vaxtlar olub ki, bir neçə günlük, yaxud bir-iki həftəlik taxıl ehtiyatımız olurdu. Yaşlı nəsil xatırlayar, həmin ilin avqust və sentyabr aylarında ölkədə çörək növbələri olurdu”.
Arutyunyan qeyd edib ki, Ermənistanın yeganə yolu İran və Türkiyə idi.
“Çünki Azərbaycan və Gürcüstan yolu bağlı idi. Dəstək üçün İrana müraciət etdim, amma rədd cavabı aldım. Bildirdilər ki, özlərinin taxıl ehtiyacları böyükdür. Regionda böyük ehtiyatlara və Ermənistanla logistik əlaqələrə malik olan yeganə ölkə Türkiyə idi. Mən Türkiyənin baş naziri (həmin vaxt Türkiyənin baş naziri Süleyman Dəmirəl idi-red) ilə əlaqə saxladım. Ermənistan taxıl almaq üçün Avropa İttifaqından 37 milyon kredit almışdı. Aİ bunu qrant kimi hədiyyə etmişdi, lakin onun kommersiyalaşdırılması çox vaxt aparacaqdı və bizim o qədər vaxtımız yox idi. Türkiyənin baş naziri ilə razılaşdıq ki, mən Aİ-nin bizə hədiyyə etdiyi 37 milyonluq qrantı Türkiyəyə verirəm, yəni türklər həmin pula sərəncam vermək hüququnu alacaqlar, əvəzində isə biz taxıl alacağıq. 1992-ci ilin 3 noyabrında taxılın birinci partiyası Axuryana daxil oldu və biz çörək kuponu sisteminə keçməli olduq ki, hər kəs istifadə edə bilsin. Birinci ehtiyat 100 min ton buğda idi. Mən vəzifədən gedəndə ölkədə 4 aylıq çörək ehtiyatı var idi, lakin məndən sonra nə baş verdiyini dəqiq deyə bilmərəm”, - Ermənistanın keçmiş baş naziri vurğulayıb.
Azərbaycana qarşı işğal müharibəsinin davam etdiyi 1990-cı illərdə Türkiyənin o dövrdəki hökumətinin Ermənistana dəstək verdiyi haqda zaman-zaman fikirlər irəli sürülüb. Hətta keçmiş prezident Əbülfəz Elçibəy mülki əhalini daşımaq üçün Türkiyədən helikopter istədiyini, lakin rədd cavabı aldığını bildirib. Türkiyənin Ermənistana verdiyi əsas dəstəklərdən birinin məhz taxılla bağlı olduğu haqda da məlumatlar var. Xosrov Arutyunyanın dedikləri bunu təsdiq edir. 5-ci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi zamanı isə qardaş Türkiyə sona qədər Azərbaycana siyasi dəstəyini davam etdirdi. Müharibənin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın verdiyi siyasi dəstək üçüncü tərəflərin prosesə müdaxiləsi önündə qalxana çevrildi və Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarını azad edə bildi. Bu iki dövr – 1990-cı və 2020-ci illəri müqayisə edəndə aydın görünür ki, problem nə Türiyə dövlətində, nə millətindədir, problem qardaş ölkəyə rəhbərlik edən şəxslərin siyasətindədir. Torpaqlarımız işğal ediləndə Süleyman Dəmirəl Ermənistana taxıl dəstəyi verməklə ermənilərin işğal siyasətini gücləndirib. Torpaqlarımızı azad etməyə başlayanda isə Ərdoğan açıq şəkildə Azərbaycanı dəstəklədi və bu gün də Türkiyə hökməti Bakı ilə sülh sazişi imzalanmadan Emənistanla sərhədləri açmayacağını qəti şəkildə irəli sürüb.
Asif
-
Rəsmi xronika14:22Ərdoğan İlham Əliyevi təbrik etdi
-
İdman13:38MY-nin ulduzunun 17 yaşından birlikdə olduğu gözəl: Hətta üzüyü yerə saldı - FOTOLAR
-
Sosial12:42Pensiya alanların nəzərinə!
-
Sosial11:55Qabil Məmmədov öldürülüb? - VİDEO
-
İdman11:42"Barsa"nın futbolçusunun sevgilisi hamilədir: Bəs toy nə vaxt olacaq? - FOTOLAR
-
Sosial11:14Ruslar Yeni il tətili üçün bu ölkələrə üz tuturlar: Azərbaycan yoxdur
-
MDB11:00Rusiyanın “sibirləşdirilməsi” qaçılmazdır: Detallar açıqlandı
-
Sosial10:24DYP sürücülərə müraciət etdi








































