Cənubi Qafqaz
Saakaşvilinin HƏBSXANA HƏYATI - Yalnız bir Azərbaycan kanalı..
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tibbi müəssisədən yenidən həbsxanaya qaytarıldıqdan sonra kamerada yalnız rusiyalı telekanalların yayımlandığını bildirib.
Publika.az xəbər verir ki, siyasətçi bunu "Facebook" səhifəsində yazıb.
“Bu dəfə həbsxana tamamilə doludur. Ardımca əvvəlkindən daha çox həbsxana mühafizəçisi gəlir. Və daha bir diqqətəlayiq məqam: kameramdakı televizorda yalnız bir Azərbaycan kanalı istisna olmaqla, Rusiya kanalları göstərilir.”, – deyə siyasətçi vurğulayıb.
Gürcüstanda Saakaşviliyə qarşı beş cinayət işi qaldırılıb. Bunlara deputat Gelaşvilinin döyülməsi, dövlət vəsaitlərinin mənimsənilməsi, 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə işi daxildir. Məhkəmə qərarlarına əsasən, Saakaşvili 2034-cü ilə qədər cəzasını çəkməlidir.
Gürcüstan Penitensiar Xidməti daha əvvəl Saakaşvilinin həbsxanaya qaytarıldığını, bunun onun səhhətinin yaxşılaşması ilə izah olunduğunu açıqlamışdı. Saakaşvili 2022-ci ilin mayından həbsdən sonra başladığı uzunmüddətli aclıq aksiyası səbəbindən klinikada saxlanılırdı.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































