Cənubi Qafqaz
Qalstanyanın həbs müddəti YENƏ UZADILDI
İrıvan məhkəməsi “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.
Publika.az "Armenpress"ə istinadla xəbər verir ki, Qalstanyan terrorçuluğa hazırlıq, kütləvi iğtişaşlar və hakimiyyətin ələ keçirilməsi ittihamı ilə üzləşir.
“Əvvəllər təqdim olunmuş həbs üçün əsaslar qüvvədə qalır, buna görə alternativ tədbirin nəzərdən keçirilməsinə əsas yoxdur”, – hakim Karen Farxoyan deyib.
Arxiyepiskop Baqrat 25 iyunda həbs olunub. Avqustda məhkəmə onun həbs müddətini daha üç ay uzatmışdı. Beləliklə, o, artıq beş aydır istintaq təcridxanasında saxlanılır.
Baqrat ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və baş verənləri siyasi təqib adlandırır.
Arxiyepiskop 2024-cü ilin yazında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə qarşı keçirilən etirazlara rəhbərlik etmişdi. Bu prosesin nəticəsində Azərbaycanın Tovuz bölgəsinə dörd kənd qaytarılmışdı.
25 iyunda Ermənistan İstintaq Komitəsi Baqratı respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarına hazırlaşmaqda ittiham edib. Baş nazir Nikol Paşinyan isə Qalstanyana qarşı ittihamı şərh edərkən hüquq-mühafizə orqanlarının “kriminal oliqarxik ruhaniyyətin” respublikada vəziyyəti destabilizasiya etmək və hakimiyyəti ələ keçirmək üçün “genişmiqyaslı və zərərli planını” pozduğunu bildirib.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































