Cənubi Qafqaz
Mehridən Qarakilsəyə qədər.... - Nikol Zəngəzur dəhlizini bu yoldan aparmaq istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizində dəmir yolunun hansı istiqamətdə reallaşdırmaq istədiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan Mehri-Naxçıvan-Arazdəyən-Qarakilsə marşrutunu təklif edir.
Erməni baş nazir bildirib ki, onların şərq-qərb dəmir yolu ilə bağlı öz baxışları var: “İstədiyimiz marşrut belə olmalıdır: Azərbaycandan Mehriyə, oradan Naxçıvana, sonra Yerasxa (Arazdəyən) və Axurikdə (Qarakilsə) Türkiyə sərhədinə qədər davam etsin”.
Paşinyan diqqətə çatdırıb ki, bu marşrutu üzrə kiçik bir ərazidə bərpa işləri qalıb və bununla bağlı işlərə başlayıblar.
“Azərbaycan artıq Qars-Dilicu, yəni Qarsdan Naxçıvana dəmir yolunun tikintsinə başlayıb. Axurik-Yerasx (Qarakilsə-Arazdəyən) marşrutu bir neçə milyard dollar xərcləməmək üçün əlavə fürsətdir, biz bu istiqamətdə işləyirik”, - o deyib.
Erməni baş nazir Zəngəzur dəhlizinin reallaşması ilə bağlı cədvələ malik olduqlarını da vurğulayıb.
“İlin sonuna qədər tərtib olunmuş mətnlə hüquqi məsələləri yekunlaşdıracağıq, 2026-cı ilin birinci yarısında bundan irəli gələn bütün qərarları verəcəyik, 2026-cı ilin ikinci yarısında isə tikinti işlərinə başlayacağıq. Layihənin həyata keçirilməsinə heç bir maneə yoxdur, çünki bütün mübahisəli məsələlər Vaşinqton Bəyannaməsində yer alıb. Bizə sadəcə razılaşmanı yerinə yetirmək qalır”, - o diqqətə çatdırıb.
Asif
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































