Cənubi Qafqaz
“Üç ölkə Cənubi Qafqazda bir-birini gücləndirə bilər” - Mariya Karapetyan
"Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan sülh sazişini paraflamaqla və suverenlik və yurisdiksiyaya tam hörmət əsasında bütün kommunikasiyaların bərpasına sadiqliklərini təsdiq etməklə tarixi addım atdılar. Ermənistan və ABŞ, həmçinin “Beynəlxalq sülhə və rifaha aparan Tramp yolu” layihəsi çərçivəsində bir-biri və razılaşdırılmış digər tərəfdaşlarla əməkdaşlıq etmək barədə razılığa gəliblər".
Publika.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) İstanbulda keçirilən payız sessiyasında iştirak edən Ermənistan Milli Məclisin nümayəndə heyətinin üzvü Mariya Karapetyan deyib.
"Bu, Ermənistan ərazisində yeni dəmir yolları, qaz və neft kəmərləri, elektrik xətləri və internet kabellərinin çəkilməsi üçün genişmiqyaslı infrastruktur proqramıdır. Bu baxımdan, hörmətli həmkarlar, Cənubi Qafqazda infrastruktur layihələri müzakirə edilərkən ərazi bütövlüyü və suverenlik prinsipləri nəzərə alınmaqla hər iki tərəfin razılaşdırdığı legitim terminologiyadan istifadə etmək son dərəcə vacibdir.
Bu ilin oktyabrında Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin götürüldüyünü elan etdi və Prezident Əliyev bunu Azərbaycanla Ermənistan arasında sülhün təkcə kağız üzərində deyil, reallıqda mövcud olduğuna əyani işarə kimi qiymətləndirdi. Ermənistan hazırda ərazimizdə mövcud olan yollardan istifadə edərək Türkiyədən Azərbaycana, eləcə də Azərbaycanın iki hissəsi arasında tranziti asanlaşdırmağa minnətdarlığını və hazır olduğunu bildirib", - depurar deyib.
Karapetyan bildirib ki, Qazaxıstan və Rusiyadan taxılın Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınması onu göstərir ki, region bütövlükdə sülh faktını qəbul edib və artıq kommunikasiyaların açılmasından bəhrələnir:
"Cənubi Qafqazda Ermənistan, Azərbaycan və Gürcüstan bir-birini və regionun Avropa, Qara dəniz, Türkiyə, Xəzər dənizi və Mərkəzi Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi rolunu gücləndirə bilər.
Ümid edirik ki, tezliklə bizim də qonşumuz Türkiyə ilə açıq quru sərhədimiz və diplomatik əlaqələrimiz olacaq.
Yekun olaraq qeyd edək ki, bu yeni regional mühit Aİ Qlobal Qapı və Orta Dəhliz Strategiyasının həyata keçirilməsi üçün real imkanlar açır".
Hüseyn İbadlı
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!























.webp)
.jpg)











