Cənubi Qafqaz
Gürcütsandan Ukrayna AÇIQLAMASI: "Vəziyyət ağırdır"
Ukraynada vəziyyət ağırdır, müharibə dalana dirənib. Rəsmi Kiyev nə müharibəni davam etdirə, nə də onu bitirə bilmir.
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, bəzi qüvvələr Gürcüstanda da məhz belə bir vəziyyətin olmasını istəyirdilər. Amma hökumət və gürcü xalqı buna imkan vermədi.
"Xarici qüvvələr, daxili müxalifət və bəzi QHT-lər bizi müharibəyə sürükləyirdi. O zaman biz deyirdik ki, biz gürcülər belə müharibələrin necə başladığını və necə bitdiyini acı təcrübəmizdən bilirik. Ona görə də Gürcüstan hökuməti xüsusilə ehtiyatlı davranırdı, çünki biz belə bir dağıdıcı müharibənin astanasında dayanmışdıq. Biz bunun qarşısını aldıq", - deyə Papuaşvili vurğulayıb.
Parlament sədri deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski çətin seçim qarşısındadır. O, bu müharibəni nə davam etdirə, nə də onu bitirə bilər. Bu müharibənin həlli çətin, onu sona çatdırmaq daha çətindir.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
































