Cənubi Qafqaz
“Hikmət Hacıyev bizə dedi ki...” - Bakıya səfər edən erməni detalları açıqladı
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Bakıya səfərlərimiz, azərbaycanlı ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərləri müntəzəm xarakter daşıyacaq”.
Publika.az xəbər verir ki, bu barədə 21-22 noyabr tarixində Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyəti qrupunun üzvü Areq Koçinyan İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səfərin təşkilinə və təhlükəsizliyin təmin edilməsinə həm Ermənistanın, həm də Azərbaycanın müvafiq orqanları cəlb olunub: “Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar dedilər ki, bura kifayət qədər təhlükəsizdir. Bizim Bakıdakı təhlükəsizliyimiz haqqında da bunu deyə bilərəm”.
Areq Koçinyan Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş haqqında da danışıb.
“Hacıyev Ermənistan ictimaiyyətinə müharibənin bitdiyini, artıq Azərbaycan üçün müharibə olmadığını çatdırmağımızı xahiş etdi. Ermənistan-Azərbaycan münaqişəsi onlar üçün bitdi. Onların bizim vasitəmizlə Ermənistan ictimaiyyətinə hərtərəfli və davamlı sülh qurmaq istədiklərini, bu yolda irəliləməyə hazır olduqlarını çatdırmaları çox vacibdir”, - o bildirib.
Asif
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
































