Cənubi Qafqaz
Türkiyə və Ermənistan rəsmiləri TRIPP layihəsini müzakirə etdilər
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan İstanbulda Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, tərəflər birbaşa təmasların vacibliyini vurğulayıb, dialoqu davam etdirməyə hazır olduqlarını söyləyiblər.
Söhbət zamanı Qars-Gümrü dəmir yolunun bərpası imkanları və TRIPP layihəsinin hər iki ölkə üçün açacağı yeni iqtisadi, logistik və ticarət imkanları da müzakirə olunub.
Eyni zamanda, enerji bazarının şaxələndirilməsi imkanları, yeni marşrutların inkişafı, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələlərinə dair müzakirə aparılıb.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri, xüsusilə kənd təsərrüfatı sığortası, heyvan xəstəliklərinə qarşı birgə mübarizə məsələləri də müzakirə edilib.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
































