Cənubi Qafqaz
Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
Ermənistanın “Zvartnots” beynəlxalq hava limanı əlverişsiz hava şəraiti səbəbindən bir neçə aviareysi qəbul edə bilməyib.
Publika.az xəbər verir ki, “Fly Dubai”, “Şirak Avia” və “Air Arabia” aviaşirkətlərinə məxsus Dubay, Moskva və Əbu-Dabidən gələn təyyarələr məcburi şəkildə Tbilisi hava limanına eniş ediblər. Bu barədə məlumatı “Zvartnots” hava limanının mətbuat katibi Lusine Moqrovyan “Sputnik Ermənistan”a verib.
Qeyd edilir ki, Larnaka, Dubay, Əbu-Dabi və Yekaterinburqdan gələn təyyarələr də eyni səbəbdən enişdə çətinliklərlə üzləşib. Moqrovyan bildirib ki, uçuş cədvəlindəki dəyişikliklər sıx dumanla əlaqədardır və bu, eniş üçün görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldıb.
Səhər saatlarından etibarən İrəvandan yalnız "Air France" şirkətinin reysi havaya qalxa bilib. Digər uçuşlar hava şəraiti yaxşılaşana qədər gözləmə rejimində saxlanılır.
Mətbuat katibinin sözlərinə görə, hazırda 10-dək təyyarə “Zvartnots” hava limanına eniş üçün şəraitin yaranmasını gözləyərək havada dövrə vurur.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
































