Cənubi Qafqaz
Pakistan Ermənistanda səfirliyini açacaq
Ermənistan və Pakistanın diplomatik nümayəndələri Pakistanın İrəvanda səfirliyinin açılması istiqamətində fəal danışıqlar aparırlar.
Publika.az xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Diplomatik mənbələrin bildirdiyinə görə, səfirliyin açılması gələn ilə planlaşdırılır.
Mövzu ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə göndərilən sorğuya verilən rəsmi cavabda məlumat təkzib edilməyib. XİN-in açıqlamasında qeyd olunub ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünikenin imzalanması tərəflərin qarşılıqlı əsasda nümayəndəlik açmasına imkan yaradır.
“Diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike ilə Ermənistan və Pakistan hökumətləri nümayəndə mübadiləsinə və bu prosesin həyata keçirilməsi üçün bütün lazımi dəstəyin göstərilməsinə razılıq veriblər. Gələcək addımlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə Ermənistan XİN-in cavabında bildirilir.
Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 2025-ci il avqustun 31-də Çində imzalanmış sənədlə rəsmiləşdirilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































