Cənubi Qafqaz
Türkiyə Ermənistanla sərhədi 6 ay ərzində açmaq istəyir - “Bloomberg”
Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədinin açılmasını müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi mənbələrinə istinadən yayıb.
Agentlik məsələ ilə bağlı Türkiyə və Ermənistan Xarici İşlər nazirliklərindən hələlik heç bir şərh almayıb.
Ötən həftə Türkiyə Ermənistan nümayəndələri Axurik-Akyaka sərhəd-keçid məntəqəsində və Gümrüdə görüşüblər. Görüşdə Gümrü-Qars dəmiryolunun bərpası və istismarı ilə bağlı texniki məsələlər müzakirə olunub.
Ermənistanın baş naziri oktyabr ayında bildirmişdi ki, Türkiyə ilə sərhədin tezliklə açılacağına ümid edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bəyan etmişdi ki, Ermənistan Azərbayanla yekun sülh sazişi imzaladıqdan sonra Türkiyə münasibətlərin normallaşmasına hazır olacaq.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































