Cənubi Qafqaz
Vedibasardan Göyçəyə yeni yol çəkilir – Bu ərazilər qaytarılacaq?
Ermənistan hakimiyyəti əraziləri Azərbaycana təhvil vermək üçün yeni yol çəkir.
Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Ararat (Vedibasar) vilayətinin Urtsadzor qəsəbəsindən Qeqarkunik (Göyçə) vilayətinin Martuni kəndinə qədər iki əyaləti birləşdirəcək yeni avtomobil yolunun tikintisi planlaşdırılır. Onun sözlərinə görə, Ararat və Qeqarkunik bir-birinə yalnız Vayots Dzor (Dərəlyəz), Kotayk (Ağadərəsi) və ya İrəvan vasitəsilə bağlanır. Lakin bu yol uzundur, iqtisadi və turizm baxımından sərfəli deyil, yeni yol şəraiti yaxşılaşdıracaq.
Nəşr isə iddia edir ki, yeni yolun çəkilişi bu bölgələrdə - Vedibasar, Göyçə, yaxud Dərəlyəz - ərazilərin təhvil verilməsinə hazırlıq ola bilər.
“Paşinyan Tiqranaşenin (Kərki) təhvil verilməsi üçün “Artsvaşeni (Başkənd) geri qaytaracağıq” deyir, yeni yolun çəkilməsində də əslində bu məntiq görünür”, - məqalədə vurğulanır.
Nəşr xatırladır ki, 2021-ci ildə Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycana qaytarılmasından sonra “təhvilvermə prosesi”nə başlanıldı: “Tavuş istiqamətində (Qazaxın kəndləri-red) ərazilər qaytarıldı. Kirant bölməsində alternativ Kirant-Voskepar (Əskipara) yolunu çəkməyə məcbur oldular. Sərhədin müəyyənləşdirilməsi çərçivəsində həyata keçirilən “təhvilvermə prosesi” davam edir”.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































