Cənubi Qafqaz
Paşinyan Azərbaycana görə konstitusiyanı dəyişəcəyini bəyan etdi
Ermənistan konstitusiya ilə bağlı məsələni həll etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında keçirilən görüşdə “Azərbaycanla sülhə əsas maneə olan mövcud konstitusiyaya dəyişiklik edib-etməyəcəkləri” haqda sualı cavablandırarkən, deyib.
Erməni baş nazir əvvəlki iddialarını yenidən təkrarlayıb. İsrar edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur, digər tərəfdən, daxili qanunvericilik sülh sazişini poza bilməz.
“Konstitusiyamızda müddəa var ki, beynəlxalq razılaşmalar ana qanundan daha üstündür, yəni sülh sazişi imzalandıqdan sonra bu, əsas sayılacaq. Əslində bizim atacağımız addım bəllidir: sülh sazişi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi onun konstitusiyaya uyğun olub-olmadığını yoxlamalıdır. Əgər məhkəmə onun konstitusiyaya uyğun olduğunu qərara alarsa, ratifikasiyası üçün heç bir maneə olmayacaq. Əgər uyğun olmadığı qərarı verilərsə, o zaman, biz konstitusiyanı dəyişdirəcəyik”, - Paşinyan bildirib.
O əlavə edib ki, konstitusiyanın dəyişdirilməsi, yaxud yenisinin qəbul edilməsi Ermənistanın daxili işidir: “2018-ci ildən etibarən bizim yeni konstitusiya qəbul etmək planımız var idi. Bu yaxınlarda partiyamızın qurultay bəyannaməsində qeyd olundu ki, 2026-cı il seçkilərində xalqımızdan yeni mandat aldıqdan sonra Ermənistan üçün tamamilə yeni konstitusiyanın qəbuluna başlanacaq. Bu, bizim daxili məsələmizdir”.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































