Cənubi Qafqaz
Paşinyan Putinə gizli mesajlar ötürür - İrəvan “kölgə diplomatiyasını” işə saldı
Paşinyan hakimiyyəti “kölgə diplomatiyası” mexanizmi ilə Rusiyanın dəstəyini əldə etməyə çalışır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.
Diplomatik mənbə bildirir ki, İrəvan Moskvaya Rusiya-Ermənistan münasibətlərində narahatlığa əsas olmadığı mesajlarını çatdırır.
“Birincisi, Gümrüdəki bazanın çıxarılması planının olmadığını, ikincisi, KTMT ilə münasibətlər gərgin olsa belə, NATO-ya inteqrasiyanın da gündəmdə olmadığını çatdırırlar. Sadəcə olaraq, mövcud şərtlərdə bütün xarici oyunçularla yaxşı münasibətlər saxlamaq məcburiyyətində olduqlarını deyirlər”, - mənbə bildirir.
Lakin Rusiya Paşinyanın hakimiyyətə gəlişindən sonra eşitdiyi “əhvalatlara” inanmaq niyyətində deyil. Mənbə bildirir ki, Moskvada Paşinyanın seçkilərə görə belə mövqe sərgilədiyinə əmindirlər: “Məqsəd Rusiyanın seçkiyə müdaxiləsinin qarşısını almaqdır”.
Mənbə onu da bildirir ki, Rusiyada Ermənistanın mesajlarına hələlik dəqiq cavab verilməyib.
“Rusiya hazırda əsas diqqətini Ukraynaya yönəldib. Moskvada ümid edirlər ki, Ukrayna məsələsi dekabr ayının sonuna qədər olmasa belə, gələn ilin yazına qədər həll olunacaq. Ermənistanla bağlı qərarlar da həmin vaxt veriləcək”, - mənbə qeyd edir.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































