Cənubi Qafqaz
Kobaxidze: "Azərbaycan bizim çox önəmli dostumuzdur"
Rəsmi Tbilisi Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alır. Düşünürəm ki, danışıqlar yolu ilə hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu tapacağıq.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında söyləyib.
O deyib: “Türkmənistanda Azərbaycanın Baş naziri ilə çox səmimi görüş keçirdim. Ümumiyyətlə, Azərbaycan bizim çox önəmli dostumuzdur. Hökumətlərimiz arasında olduqca mehriban münasibətlər mövcuddur. Buna görə də, heç bir məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik".
Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə tranzitin hansı formada həyata keçiriləcəyidir. “Bizim üçün Azərbaycan tərəfinin maraqları, eləcə də Ermənistan tərəfinin maraqları tamamilə məqbuldur. Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”, - deyə Baş nazir bildirib.
O, Cənub Qaz Dəhlizi Sazişinin müddətinin bitməsi ilə bağlı sualı da cavablandırıb. O, bütün məsələlər üzrə danışıqların aparıldığını qeyd edib.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



