Cənubi Qafqaz
“Tuşonka – 2” əməliyyatı: Bu gün Ermənistanda toqquşma olacaq
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin katolikosu II Qaregini kilsənin rəhbərliyindən uzaqlaşdırmaq üçün bu gün hərəkətə keçir.
Publika.az xəbər verir ki, Paşinyanı dəstəkləyən 10 yepiskop bu gün saat 17:00-da erməni apostol kilsəsinin ruhani və inzibati mərkəzi sayılan Eçmiədzində Qareginin istefası tələbi ilə yürüş etməyi planlaşdırır.
Ermənistan hakimiyyətininn tərəfdarı olan keşişlər yaydıqları bəyanatda bildiriblər ki, Qareginin əməlləri kilsəni uçuruma doğru aparır, buna görə onlar istefa tələbi ilə fəaliyyətə başlayırlar. Keşişlər hər kəsi onlara qoşulmağa çağırıb.
Erməni revanşistlər də Qareginin müdafiəsi məqsədilə Eçmiədzinə toplaşmaq qərarına gəlib. “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan bildirib ki, onlar katolikosu qoruyacaqlar. O, hər kəsi saat 15:30-da Eçmiədzinə dəvət edib.
Robert Koçaryanın oğlu Levon Koçaryan da Qaregini müdafiə etmək üçün Eçmiədzində olacağını bəyan edib. Analoji açıqlamalar revanşist mövqeyə sahib olan digər müxalif siyasətçilər tərəfindən də verilib.
Məlumatlara görə, Qareginin istefasını tələb edən keşişlər Eçmiədzinə daxil olacaq və buranı tərk etməyəcəklər. Onların bu hərəkətinin hakimiyyət tərəfindən dəstəklənəcəyi gözlənilir.
Ermənistanın müxalif mediası Qareginə qarşı addımları “Tuşonka 2” əməliyyatı olaraq qiymətləndirir. Erməni jurnalist Hrant Safaryan yazır ki, “Tuşonka 2” əməliyyatının başlayacağı göz qabağındadır.
“Ruhani Aramayis Taxmazyan bildirib ki, “xalq şok açıqlamalar gözləyir: çox vaxt qalmayıb, II Qaregin gedəcək”. Bu o deməkdir ki, sabah mediada Qareginlə bağlı kompromatlar yayılacaq. Hərə şey ictimaiyyətin reaksiyasından asılı olacaq. General Manvel Qriqoryanla(hərbçilərin ləvazimatlarını satdığı üçün saxlanılan Qriqoryanla bağlı addımlar “Tuşonka” əməliyyatı adlandırılırdı) olduğu kimi işə yarayacaq, yoxsa yox?! Böyük ehtimalla şok effekti yaradacaq informasiyalar tirajlana bilər”, - o iddia edib.
Baş verənlər saatlar sonra Ermənistanda toqquşmaların başlayacağını göstərir.
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



























.jpg)






.jpg)


