Cənubi Qafqaz
Gürcüstanın keçmiş müdafiə naziri HƏBS EDİLDİ - 5-ci inqilab cəhdi...
Gürcüstanda sabiq prezident Mixeil Saakaşvilinin dövründə müdafiə naziri olmuş Baçana Axalaya həbs olunub.
Publika.az xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Laşa Maqradze brifinqdə bildirib.
O qeyd edib ki, həbs səbəbi oktyabrın 4-də Tbilisidə prezident sarayına hücumun təşkili işi ilə bağlıdır,
“Məlum edilmiş sübutlara əsasən, oktyabrın 4-də baş verən hadisələrin baş təşkilatçısının şəxsiyyəti dəqiq təsdiqlənib. Buna görə də Baçana (Baço) Axalayın həbsi ilə bağlı qərar verilib”, — deyə xidmətdən bildirilib.
Qeyd edilib ki, sabiq nazirin həyat yoldaşı Ani Nadareişvili də saxlanılıb, daha sonra buraxılsa da, onun barəsində iş davam edir.
Oktyabrın əvvəlində Gürcüstanda dövlət çevrilişi cəhdində şübhəli bilinən on üç nəfər saxlanılıb. Bu, oktyabrın 4-də yerli özünüidarə orqanlarına seçkilər zamanı baş verib; vətəndaşlar mer və şəhər məclislərinin deputatlarını seçiblər. Tbilisidə müxalif qüvvələr etiraz aksiyası keçirib, bu da hüquq-mühafizə orqanları ilə toqquşmalara səbəb olub. Toqquşmalar zamanı gözyaşardıcı qazdan istifadə edilib, insanlar xəsarət alıb, etirazçılar isə prezident iqamətgahına hücuma cəhd ediblər. Gürcüstanın baş naziri İrakli Kobaxidze sonradan bildirib ki, bu, ölkədə son dörd ildə təşkil olunan beşinci inqilab cəhdidir.
Hüseyn İbadlı
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



