Cənubi Qafqaz
İrəvan onları bağışlamayacaq - Yeni qadağa QÜVVƏYƏ MİNİR
Ermənistan hakimiyyəti ölkənin daxili siyasətinə müdaxilə kimi qəbul oluna biləcək xarici kanallar vasitəsilə yayılan məzmunun qarşısını almaq üçün tədbirlər hazırlayır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan öz "Facebook" səhifəsində bildirib.
Ayrapetyanın sözlərinə görə, hökumət 25 dekabr tarixində keçirilən iclasda nazirlik tərəfindən hazırlanmış “Audiovizual Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
“Layihə audiovizual proqramlardan sui-istifadəyə qadağaları yenidən nəzərdən keçirməyi və onların tətbiq sahələrini daha dəqiq müəyyən etməyi təklif edir. Xüsusilə, qanun konstitusiyalı quruluşun zorakı şəkildə devrilməsinə yönəlmiş, müharibə, zorakılıq və vəhşiliyi təbliğ edən və ya oxşar məqsədləri güdən məzmunun yayılmasını qadağan edəcək”, – deyə nazir bildirib.
O əlavə edib ki, dəyişikliklər şəbəkə operatorlarının lisenziyalarının dayandırılması və ləğvi üçün hüquqi əsasları, meyarları və prosedurları müəyyən edir, həmçinin lisenziyaların dayandırılması və ləğvi prosesini tənzimləyən yeni maddə əlavə olunur.
Hüseyn İbadlı
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi


































