Cənubi Qafqaz
Kobaxidzedən Aİ-yə MESAJ - “Əgər bu baş vermirsə...”
"Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərdə maraqlı olmalıdır".
Publika.az xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” televiziya kanalına müsahibəsində çıxış edib.
“Obyektiv olaraq Aİ-nin maraqlarına Gürcüstanla sağlam münasibətlərin bərpası daxildir. Əgər bu baş vermirsə, məntiqi nəticə olaraq demək olar ki, Avropa bürokratiyası suveren şəkildə hərəkət etmir, Aİ-nin və Avropa cəmiyyətinin maraqlarına uyğun davranmır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Gürcüstan Avropanı Mərkəzi Asiya ilə bağlaya bilən yeganə ölkədir. Siyasətçi vurğulayıb ki, Aİ hazırda yeni bazarlara çıxışa xüsusilə ehtiyac duyur.
Daha əvvəl Kobaxidze bəyan edib ki, Abxaziya və Cənubi Osetiyanın statusu dəyişmədiyi müddətdə Gürcüstanın Rusiya ilə diplomatik münasibətlərinin bərpası mümkün deyil. O, həmçinin qeyd edib ki, hazırda Tbilisinin Moskva ilə bağlı “praqmatik və aydın siyasəti” mövcuddur.
Hüseyn İbadlı
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi


































