Cənubi Qafqaz
Azərbaycanın nə qədər ərazisi Ermənistanın nəzarətindədir? - Simonyan rəsmən etiraf etdi
Ermənistan mediası spiker Alen Simonyanın “Azərbaycanın 110 kvadratkilometr ərazisi bizim nəzarətimizdədir” açıqlamasını yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, Simonyan bunu “Armcomedy” podkastında etiraf etmişdi.
Bildirmişdi ki, Ermənistan bir neçə istiqamətdə Azərbaycanın 110 kvadratkilometr ərazisinə nəzarət edir.
“Biz onların təxminən 110 kvadrat kilometr ərazisindəyik. Heç kim millimetrə qədər konkret rəqəm deyə bilməz, ona görə təxmini deyirəm. Rəsmi olaraq deyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var”, - Simonyan qeyd etmişdi.
“Sputnik Ermənistan” bu açıqlamaya aydınlıq gətirməsi üçün Ermənistan parlamenti spikerinin mətbuat xidmətinə soğru göndərib.
1. Bu hesabı kim/hansı struktur həyata keçirib?
2. Hesablanma SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1974-1978-ci illərdəki xəritələrinə, yoxsa “Google” xəritəsindəki təxmini sərhəd nəzərə alınmaqla aparılıb?
Spikerin ofisi sorğuya 30 gün müddətində cavab veriləcəyini bildirib. Bu müddət başa çatdıqdan sonra cavabda qeyd olunub ki, sorğunun müəllifləri dəqiqləşdirmə aparmaq üçün Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komisiyası ilə əlaqə saxlamalıdırlar.
Asif
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı


































