Cənubi Qafqaz
Ermənistan Rusiyaya nota verdi
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamalarına görə etiraz notası təqdim edilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
"Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət telekanalının proqramının efirində səsləndirilən açıqlamalarla bağlı dərin narahatlığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz müdaxilə, düşmənçiliyin təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır", - deyə Badalyan qeyd edib.
Xatırladaq ki, Vladimir Solovyov “xüsusi hərbi əməliyyat”ın təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə, xüsusən də Ermənistanda həyata keçirilməli olduğunu söyləmişdi.
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı


































