Cənubi Qafqaz
Köçəryana qarşı yeni ittihamlar - Xocalı qatili həbs olunacaq?
Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüləcək.
Publika.az xəbər verir ki, 2008-ci il 1 mart hadisələri (həmin vaxt keçirilən aksiyalarda etirazçılara qarşı odlu silahdan istifadə ilə zorakılıq tətbiq edilib) ilə bağlı açılan cinayət işində Köçəryan ittiham olunur.
Cinayət işi 2021-ci ildə Ermənistan Konstitsiya Məhkəməsinin qərarı ilə bağlansa da, 2023-cü ildə yenidən açıldı. Məhkəmə cinayət işində dövlət ittihamçısına (prokuror) Robert Köçəryana qarşı yeni ittihamların irəli sürülməsi icazəsi verib.
Qeyd edək ki, Xocalı soyqırımının əsas günahkarlarından olan Robert Köçəryan Ermənistana rəhbərlik etdiyi dövrdə müxalifət qüvvələrinə qarşı da amansızlığı ilə tanınıb. 2008-ci il hadisələrində həbs olunan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Köçəryan və onunla eyni komandada yer almış şəxslərə qarşı cinayət işi açılıb.
Asif
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı


































