Cənubi Qafqaz
Simonyan Tehrana səsləndi: Niyə Ermənistanla 23 km-lik sərhəd?
Ermənistan heç vaxt dost İran əleyhinə yönəlmiş addımlar atmayıb və belə niyyəti də yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan İranın İrəvandakı səfirinin açıqlamalarını şərh edərkən bildirib.
İran səfiri Xəlil Şirqolami daha əvvəl Tehranın Ermənistanın İrana düşmən qüvvələr üçün platformaya çevrildiyi təəssüratında olduğunu bildirmişdi. O, həmçinin İrəvanda İran səfirliyinin binası qarşısında keçirilən etiraz aksiyalarından narazılığını ifadə edib və qeyd edib ki, bu aksiyalar bir neçə gün ərzində təhqiramiz ifadələrlə müşayiət olunub. Bundan əlavə, Şirqolami TRIPP layihəsinin icrası ilə bağlı narahatlığını da dilə gətirib.
Bu açıqlamalara münasibət bildirən Simonyan vurğulayıb ki, TRIPP layihəsi regionun bütün ölkələri, o cümlədən İran üçün əlavə imkanlar yarada bilər. Onun sözlərinə görə, İranda daxili vəziyyət sabitləşdikcə və gərginlik azaldıqca rəsmi Tehran səsləndirilən narahatlıqların əsassız olduğuna əmin olacaq.
Simonyan həmçinin qeyd edib ki, İranın ondan çox qonşusu var və sual edib: ABŞ-ın hər hansı hipotetik addımları olacağı təqdirdə niyə məhz Ermənistanla olan 23 kilometrlik sərhəddən istifadə edilsin? Simonyan əmin edib ki, Ermənistan hakimiyyəti iranlı həmkarları ilə daim əlaqə saxlayır və yaranmış şübhələrin aradan qaldırılması üçün bütün zəruri izahları verməyə hazırdır.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var


















.jpg)


















