Cənubi Qafqaz
Xaçatryan: "Ermənistan və Azərbaycan liderləri sülh ilə rifah yolunu seçiblər"
Ermənistan və Azərbaycan arasında başa çatan hərbi münaqişədəki insan itkilərinin yerini heç nə ilə doldurmaq olmaz. İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi.
Publika.az "Report"a istinadla xəbər verir ki, Dünya İqtisadi Forumunda bunu deyən Ermənistan Prezidenti Vaaqn Xaçatryan hər iki dövlətin rəhbərliyinin sülh və rifah yolunu seçdiyini də bildirib.
"Demək istəyirəm ki, sülh sazişini paraflamağa nail olduq, çünki hər iki ölkənin siyasi liderləri buna hazır idi. Bu da məsələnin həllinə kömək etdi. Əks halda, mən cənab (Azərbaycan Prezidenti İlham Əliyev - red.) Əliyevlə razılaşaram, hər şey heç nə vəd etməyən gələcəklə sonsuza qədər davam edəcəkdi", - o qeyd edib.
Xaçatryanın sözlərinə görə, iki dövlətin liderləri öz xalqlarının gələcəyini, sülh və rifah yolunu seçiblər: "İnsan itkilərini heç vaxt bərpa edə bilməyəcəyik. Məhz buna görə də siyasi liderlərin münaqişələrin sülh yolu ilə həllində rolu son dərəcə vacibdir. Hər şey liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji hədəflərə doğru irəli baxmaq qabiliyyətindən asılıdır. Məhz bu, ölkələrin uğurunu müəyyən edir. Bu, hər şeydən üstündür".
Ermənistan Prezidenti Bakı və İrəvan arasında gələcək əməkdaşlıq barədə nikbin olduğunu vurğulayıb: "Əgər qonşuların varsa, yaşamağın yeganə yolu onlarla sülh içində yaşamaqdır, o cümlədən gündəlik həyatda belə olmalıdır. Başqa yol yoxdur. Mən nikbinəm; biz həqiqətən də uğur qazanacağıq. Bizim birgə iqtisadi və mədəni layihələrimiz olacaq və artıq yaranır. Ölkələrimizin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri artıq presedent yaradıb. Növbəti görüşləri iş adamları keçirəcək. İrəvanda insanlar artıq öz avtomobillərini Azərbaycan yanacağı ilə doldura bilirlər".
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



