Cənubi Qafqaz
"Əlimdə imkan olsa, sizi bir saata bitirərəm"
Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 2022-ci ilin aprelindən bəri ilk dəfə ona qarşı baxılan iş üzrə məhkəmə iclasında şəxsən iştirak edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat yayıb.
Tbilisi Şəhər Məhkəməsi 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması ilə bağlı işi nəzərdən keçirib. Məhkəmə iclasında çıxış edən Saakaşvili hakimiyyəti tənqid edib, müxalifəti birliyə çağırıb və azadlıqda olsaydı, hakim “Gürcü Arzusu” Partiyasının hakimiyyətinə bir saat ərzində son qoyacağını bildirib.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. Onlardan ikisi üzrə siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana qayıdıb, amma saxlanılıb və ona yeni ittiham (“dövlət sərhədini qanunsuz keçmə”) irəli sürülüb.
2022-ci ilin mayında səhhətinin pisləşməsi səbəbindən Tbilisidə yerləşən “Vivamed” özəl klinikasına köçürülüb, 2025-ci ilin noyabrına qədər orada qalıb. Klinikadakı müddətində Saakaşvili bəzən məhkəmə iclaslarında videobağlantı vasitəsilə iştirak edib.
2025-ci il martın 12-də Saakaşvili “büdcə vəsaitlərinin mənimsənilməsi”nə görə 9 il, martın 17-də isə “dövlət sərhədini qanunsuz keçmə”yə görə 4 il 6 ay həbs cəzasına məhkum edilib. Ümumilikdə Saakaşvilinin cəza müddəti 12 il 6 ay təşkil edir və bu müddət 2034-cü ilin ortalarında başa çatır. Bundan əlavə, 2025-ci il noyabrın 6-da Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində yeni cinayət işinin açıldığını (“sabotaj və hakimiyyətin devrilməsinə çağırış”) açıqlayıb.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































