Cənubi Qafqaz
Qafqazın ən böyük hərbi aerodromunun yerində hava limanı salınır
Tbilisinin yeni əsas beynəlxalq hava limanı Vaziani qəsəbəsində salınacaq.
Publika.az xəbər verir ki, “Interpressnews” istinadla xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar İoseliani məlumat verib.
O bildirib ki, qəsəbədə 2007-ci ilə qədər Rusiya Hərbi Hava Qüvvələrinin aerodromu da daxil olmaqla hərbi baza fəaliyyət göstərib.
Yeni hava limanının 2031-ci ilin sonunadək istifadəyə veriləcəyi planlaşdırılır. Limanın illik sərnişin tutumu hazırkı Tbilisi hava limanının tutumundan dörd dəfə çox olacaq və 20 milyon sərnişin əhatə edə biləcək.
İoseliani qeyd edib ki, Vaziani hava limanı Tbilisidə yeganə beynəlxalq aeroport olacaq. Yeni liman fəaliyyətə başlayandan sonra hazırkı Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı (Novoalekseevka qəsəbəsində) bağlanacaq. Hökumətin xüsusi komissiyası mövcud aeroportun inkişaf imkanlarını araşdırıb və onun genişləndirmək imkanının olmadığı qənaətinə gəlib. Qeyd olunub ki, 2025-ci ildə Şota Rustaveli hava limanı təxminən 5 milyon sərnişin xidmət göstərib.
Hazırda Tbilisi və Batumi hava limanları “TAV-Georgia” şirkəti tərəfindən idarə olunur və şirkətlə müqavilənin müddəti 2031-ci ildə başa çatır.
Tarixi kontekstə görə, Vaziani hərbi aerodromu əvvəllər Sovet, sonradan isə Rusiya ordusu tərəfindən istifadə olunub və Qafqazın ən böyük hərbi aerodromlarından biri sayılırdı. 1999-cu ildə İstanbul sammitində Gürcüstan və Rusiya razılığa gəlib ki, Vaziani, Axalkalaki, Batumi və Gudaudakı (Abxaziya) rus hərbi bazaları mərhələli şəkildə ləğv edilsin. Moskva ilk üç bazanı 2007-ci ilə qədər bağlayıb, Gudauda baza məsələsi isə 2008-ci ildə Rusiya Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra gündəlikdən çıxarılıb.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































