Cənubi Qafqaz
1 milyon azərbaycanlı gəlir: İrandan sonra Ermənistan parçalanacaq
Erməni ekspertlər 7 iyun parlament seçkilərindən sonra Azərbaycan və Türkiyənin Ermənistan üzərində təsirlərinin güclənəcəyi iddialarını intensiv şəkildə müzakirə edir. Bu iddialar arasında Ermənistanın parçalanması kimi fikirlər də irəli sürülür.
Publika.az xəbər verir ki, erməni analitik Arman Abovyanın iddiaları bu kontekstdə diqqət çəkir.
A.Abovyan iddia edir ki, 7 iyundan sonra Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması prosesinə başlanılacaq: “Bu prosesin sonunda Türkiyənin maksimum dominantlığının təmin ediləcəyi şübhəsizdir. Rusiya bazasının çıxarılmasından sonra ortada heç bir maneə qalmayacaq. Ardınca Qərbi Azərbaycan məsələsinin reallaşması gözləniləndir və Ermənistanın mövcudluğu hazırkı formada olmayacaq. Ermənistanın dağılması, yaxud parçalanması qlobal planlara daxildir”.
Erməni ekspert İran ətrafında baş verən proseslərin də Ermənistan üçün kataklizmlər vəd etdiyini iddia edib.
“Bölgədə genişmiqyaslı hərbi əməliyyatın baş vermə ehtimalı yüksəkdir. Bu vəziyyətdə İrəvan Bakı və Ankaranın təlimatlarına əsasən hərəkət edəcək. Əsas məsələlərdən biri İranda yaşayan 20 milyon azərbaycanlının ən azı bir milyonunun Ermənistana gəlməsidir. Bu baş verərsə, nə edə biləcəyik? Bu, Ermənistanın daxildən nəzarətə götürülməsi deməkdir”, - Abovyan iddia edib.
Asif
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































