Cənubi Qafqaz
Rusiyanın Gümrüdəki bazası bağlanır - Vens Bakıda hansı mesajı verəcək?
Amerikalı analitik, məşhur “Qobl planı”nın müəllifi Pol Qobl ABŞ-da jurnalist Coan Lisoskiyə müsahibəsində vitse-prezident Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfərini şərh edib.
Publika.az xəbər verir ki, Qobl Vensin səfərinin TRİPP layihəsinin (Zəngəzur dəhlizi) irəliləməsini təmin etmək məqsədi daşıdığını bildirib. Onun fikrincə, ABŞ-ın vitse-prezidentinin İrəvana gəlişi seçkilərdə Paşinyanın əlini gücləndirəcək məqamdır.
“Amerikalılar Paşinyana kömək edə bilərlər, çünki Ermənistanın baş nazirinin problemləri var. Kilsə ilə qarşıdurmadadır, “Qarabağ erməniləri” ilə problemləri mövcuddur, iqtisadi problemlərin olduğu da məlumdur. Rusiyanın Ermənistandakı seçkiləri pozmaq cəhdləri gözləniləndir, lakin İrəvanda Vaşinqtonun dəstəyi ilə hərəkət edəcəklər”, - o bildirib.

Qobl hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazasının bu yaya qədər çıxarılması ilə bağlı razılaşma ola bilər: “Gümrüdəki bazanın ölçüsünü azaltmaq, hətta tamamilə bağlamaq planını görə bilərik”.
Amerikalı analitik bildirib ki, Vensin səfəri Bakı üçün daha vacibdir.
“Vens səfəri zamanı ABŞ-ın Azərbaycanın yanında olduğuna zəmanət verəcək, TRİPP-in (Zəngəzur dəhlizi) icrası prosesinin sürətlənməsini təmin edəcək və İranda rejim dəyişikliyi olacaqsa, amerikalılar Bakıya kömək edəcəklər”, - Qobl belə düşünür.
Asif
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?


































