Cənubi Qafqaz
Paşinyan: “İrəvan Moskva ilə münaqişəyə girməyəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskvaya qarşı hərəkət etməyəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.
"Bu, istisnadır. Heç kim, hətta buna cəhd etsə belə - hərçənd belə cəhdlər olmayıb - bizi Rusiyaya qarşı hərəkət məntiqinə cəlb edə bilməz", — deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti rusiyalı tərəfdaşlarını İrəvanın Moskva ilə münaqişəyə girməyəcəyinə və ya mübahisə etməyəcəyinə dair əmin edib, çünki mövcud münasibətlərə dəyər verir.
2024-cü ilin fevralında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində üzvlüyünü dondurub. Ölkə həmçinin blokun maliyyələşdirilməsindən imtina edib. İrəvan bu qərarını təşkilatın Dağlıq Qarabağdakı vəziyyətə lazımi qaydada reaksiya verməməsi və Ermənistanın müdafiəsinə biganə qalması ilə əsaslandırıb.
Baş nazir Nikol Paşinyan izah edib ki, KTMT-də üzvlüyün dondurulması beynəlxalq silah bazarlarına çıxış əldə etmək üçün zəruri idi. Onun sözlərinə görə, 2022-ci ildə elə bir vəziyyət yaranmışdı ki, Ermənistanın yüz milyonlarla dollarlıq silah tədarükü müqavilələri olsa da, onlar reallaşmırdı.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?


































