Cənubi Qafqaz
Durov Rusiyanı vətəndaşların azadlığını məhdudlaşdırmaqda ittiham etdi
"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov Rusiyada “Telegram”a tətdiq olunan məhdudiyyətlərlə bağlı qərarlara münasibət bildirib.
Publika.az xəbər verir ki, 41 yaşlı sahibkar ölkə hakimiyyətinin atdığı bu addımları "vətəndaşların azadlığının məhdudlaşdırılması" adlandırıb və baş verənləri səkkiz il əvvəl İranda yaşanan oxşar vəziyyətlə müqayisə edib.
"Rusiya vətəndaşlarını nəzarət və siyasi senzura üçün yaradılmış, dövlət tərəfindən idarə olunan tətbiqə keçməyə məcbur etmək üçün “Telegram”a çıxışı məhdudlaşdırır. Səkkiz il əvvəl İran da eyni strategiyanı tətbiq etməyə çalışdı və uğursuz oldu. Orada da “Telegram” uydurma bəhanələrlə qadağan edildi, insanları dövlətin yaratdığı alternativə yönləndirməyə cəhd göstərildi. Qadağaya baxmayaraq, iranlıların əksəriyyəti hələ də senzuranı aşaraq “Telegram”dan istifadə edir və nəzarətə məruz qalan tətbiqlərdənsə bizim platformaya üstünlük verirlər. Vətəndaşların azadlığını məhdudlaşdırmaq heç vaxt düzgün həll deyil”, - deyə o bildirib.
Durov əlavə edib ki, “Telegram” istənilən təzyiqə baxmayaraq söz azadlığını və məxfiliyi müdafiə edir. (axşam.az)
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?


































