Cənubi Qafqaz
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun təhlükəsizliyini təmin etmək üçün hələlik ABŞ-ın özəl hərbi şirkətinin (ÖHŞ) yerləşdirilməsinə razılıq verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində MGİMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun İntellektual Məlumat Təhlili Laboratoriyasının direktoru Nikolay Silayev bildirib.
"Düşünmürəm ki, söhbət tammiqyaslı özəl hərbi şirkətdən gedəcək. Bu, Nikol Paşinyan üçün çox riskli bir addımdır", - deyə o qeyd edib.
Politoloq əlavə edib ki, oxşar ssenarini tamamilə istisna etmək olmaz:
"Lakin daha vacib məqam odur ki, "Tramp marşrutu" layihəsi Rusiyanın Zaqafqaziyadakı nəqliyyat layihələrindən kənarlaşdırılmasını nəzərdə tutur. Əvvəllər bu nəqliyyat dəhlizinin Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana keçəcəyi ehtimal olunurdu".
Silayev həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfərinin yekunlarından danışıb. Onun sözlərinə görə, məlumat mərkəzi (data-center) üçün Ermənistana "NVIDIA Blackwell" prosessorlarının tədarükü xüsusi maraq kəsb edir, lakin ölkədə bu sahənin inkişafı üçün müəyyən məhdudiyyətlər mövcuddur.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?


































