Cənubi Qafqaz
ABŞ İsrailə qırıcı təyyarələr yerləşdirir
ABŞ Böyük Britaniyadan İsrailin hərbi hava bazasına 10-dan çox "F-22" çoxməqsədli qırıcı təyyarəsi göndərib.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" (TOI) məlumat yayıb.
Nəşrin məlumatına görə, krallığın şərqindəki "Leykenhit" aviabazasından 12 qırıcı havaya qalxsa da, onlardan biri texniki nasazlıq səbəbindən geri qayıdıb. Qeyd olunub ki, təyyarələr Britaniyaya ötən həftə gəliblər.
Fevralın 17-də Vaşinqton və Tehran arasında nüvə danışıqlarının ikinci raundu heç bir irəliləyiş olmadan başa çatdıqdan sonra, ABŞ-ın Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə köçürərək İran yaxınlığındakı mövcudluğunu artırıb.
Fevralın 23-də Yunanıstanın Krit adası sahillərində müşahidə edilən "USS Gerald R. Ford" hərbi gəmisinin göyərtəsində onlarla əlavə təyyarə var. "Ford" Yaxın Şərqə göndərilən ikinci aviadaşıyıcıdır və onun gəlişi o deməkdir ki, hazırda ABŞ-ın fəaliyyətdə olan bütün gəmilərinin təxminən üçdə biri bu regiondadır.
Hüseyn İbadlı
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi



































