Cənubi Qafqaz
Azərbaycanlılar Ermənistan parlamentinə seçiləcək, bu ərazilər də... - İrəvanda təşviş
“300 min azərbaycanlı Ermənistana gələcək, onların təhlükəsizliyini təmin etmək məqsədilə qüvvələr də gətiriləcək”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Demokratik Alternativ” partiyasının sədri, politoloq Suren Surenyants deyib.
S.Surenyants hesab edir ki, Bakının Qərbi Azərbaycanla bağlı tələbləri dəyişməyib və sülh prosesi yekunlaşdıqdan sonra azərbaycanlıların qayıdışı da reallaşacaq.
Onun fikrincə, azərbaycanlılar Ermənistana (Qərbi Azərbaycan-red) qayıtdıqdan sonra parlamentdə fraksiyaları da olacaq.
“Bununla yanaşı, anklavlar məsələsi də tezliklə həll olunacaq və həmin kəndlərlə təhlükəsiz əlaqənin təmin edilməsi üçün Azərbaycana dəhlizlər veriləcək”, - o bildirib.
Erməni politoloq iddia edir ki, dəymiş ziyana görə təzminatın ödənilməsi də gündəmdən çıxarılmayıb.
“Azərbaycanın bu tələbi də öz aktuallığını saxlayır. Ermənistan Azərbaycan məhkəməsində müttəhim kürsüsündədir. Bizdən təzminat tələb edəcəklər, ödəyə bilmiriksə, o zaman ərazilərlə ödəməyimizi, misal üçün, Sünikin (Zəngəzur) və digər bölgələrin verilməsi ilə həll etməyimizi istəyəcəklər”, - Surenyants iddia edib.
Asif
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi



































