Cənubi Qafqaz
Kirayədə qaldığını deyən Akopyanın sərvəti - Siyahı
Xəbər verdiyimiz kimi, Nikol Paşinyandan boşandığını elan edən Anna Akopyan hökumət evini tərk etdiyini, hər hansı malikəsinin, avtomobilinin olmadığını açıqlamışdı.
Publika.az xəbər verir ki, “İrəvan Tudey” Akopyanın sahib olduğu sərvəti açıqlayıb.
Bildirilib ki, Akopyan sonuncu illik gəlir və əmlak bəyannaməsini doqquz ay əvvəl təqdim edib.
Beləliklə, Akopyan üç avtomobil bəyan edib: 2008-ci il istehsalı “Nissan”, 2006-cı il istehsalı “Reno” və 2004-cü il istehsalı VAZ.
O, həmçinin yeni binada mənzil, İrəvanın Şenqavit inzibati rayonunda 45.500.000 drama satılan mənzil, 2006-cı ildən miras qalan İrəvanda ortaq mülkiyyətli mənzili olduğunu elan edib.
Bundan əlavə, Anna Akopyan bunları bəyan edib:
“İjevanatun” QSC-dən 49.350.000 dram kredit,
“Mənim addımım” Fondundan 13.259.798 dram maaş,
“Haykakan Yamanak” qəzetindən 2.500.000 dram maaş.
40.000 dollar bank depoziti,
10 milyon dram bank depoziti,
3.622.308 dram nağd pul,
8.500 dollar nağd pul,
Akopyanın ümumi illik gəliri 105 milyon 876 min 371 (təxminən 477 min 420 min manat) dram təşkil edib. (Axar.az)
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz




































