Cənubi Qafqaz
İran müharibəsi genişlənir: Ermənilər Zəngəzura görə qorxurlar - Azərbaycanla Türkiyə...
İran müharibəsinin davam etdiyi vaxt Ermənistanda əsas müzakirələr Zəngəzuru itirmək məsələsi üzərində aparılır. Erməni ekspertlər iddia edirlər ki, müharibə genişlənərək, bütün regionu bürüyəcək və Ermənistan “fillərin savaşında” ayaq altında qalacaq. Proseslərin bu istiqamətdə inkişafı Ermənistanın Zəngəzura nəzarəti itirməsi ilə nəticələnəcək.
Publika.az xəbər verir ki, erməni analitik Aram Şahnazaryan İranda hadisələrin nəzarətdən çıxacağı təqdirdə, Azərbaycan və Türkiyənin prosesə qoşulacağı iddiasını irəli sürüb.
Onun fikrincə, İranda daxili mübarizə başlayarsa, oradakı azərbaycanlıların təhlükəsizliyi məsələsi gündəmə gələcək və bunu yalnız Azərbaycanla Türkiyə həll edə bilər.
“Bu proses bölgədə siyasi xəritələrin dəyişməsi deməkdir ki, nəticədə Sünik üzərində nəzarətimizi itirə bilərik”, - o iddia edib.
Türkoloq Andranik İspiryan isə iddia edir ki, İran müharibəsi Azərbaycana təhlükə yaradarsa, Türkiyə prosesə müdaxilə edəcək. O, Türkiyənin mümkün müdaxiləsinin Zəngəzur üzərindən edilə biləcəyini hesab edir.
“Türkiyənin dəstəyinin hansı formada olacağını dəqiq deyə bilmərik, bu, hadisələrin inkişafından asılı olacaq. Lakin bütün hallarda Sünikə (Zəngəzur) risklər var”, - o iddia edib.
Erməni ekspertlərin bu iddiaları reallıqdan daha çox, Paşinyan hakimiyyətinə qarşı təbliğata hesablanıb. Əsas məqsədləri seçki mübarizəsinin getdiyi vaxt ictimai rəydə Ermənistanın mövcud hakimiyyətinin ölkənin gələcəyinə təhlükə yaratdığı fikrini gücləndirməkdir.
Asif
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida
































.jpg)



