Cənubi Qafqaz
II İlya dəfn olundu
Gürcüstanın Katolikos-Patriarxı II İlya Sioni Məbədində dəfn edilib.
Publika.az xəbər verir ki, dəfn mərasimindən əvvəl Sioni kilsəsində Patriarxın ruhuna dualar oxunub, xatirə mərasimi keçirilib.
Patriarx II İlya Sameba (Müqəddəs Üçlük) Kafedralından Sioni məbədinə böyük izdihamın müşayiəti, “Səni sevirik, Patriarx!” şüarları və alqışlarla yola salınıb. Sameba kilsəsindən Sioni kilsəsinə qədər olan yol boyunca əllərində Gürcüstan bayraqları tutan hərbi qulluqçulardan ibarət fəxri qarovul düzülüb.
Minlərlə insanın iştirak etdiyi vida mərasiminə müxtəlif ölkələrdən və kilsələrdən yüksəksəviyyəli nümayəndə heyətləri qatılıb.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər.
Qeyd edək ki, II İlya martın 17-də vəfat edib. Martın 18-dən etibarən Sameba kilsəsində təşkil olunan mülki vida mərasimində minlərlə vətəndaş iştirak edib. İnsan axını 24 saat fasiləsiz davam etdiyi üçün vətəndaşlar növbədə saatlarla gözləməli olublar.
Xatırladaq ki, II İlya 1977-ci ildən Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edirdi.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













