Cənubi Qafqaz
Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılacağını, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpa ediləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan bunu oktyabrın 6-da İrəvanda keçirilən Ermənistan-Britaniya biznes forumunda deyib.
Onun sözlərinə görə, proses TRIPP layihəsinin inkişafı ilə paralel həyata keçiriləcək.
Paşinyan bildirib ki, layihə çərçivəsində Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin yaradılması da nəzərdə tutulur.
Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində Şimal-Cənub avtomobil yolunun tikintisi də davam edir. Baş nazir Şərq-Qərb istiqamətində avtomobil və dəmir yolu əlaqələrinin yaradılmasının planlaşdırıldığını bildirib.
Paşinyan əlavə edib ki, neft və qaz kəmərlərinin, elektrik xətlərinin, həmçinin kommunikasiya kabellərinin çəkilməsi imkanları da müzakirə olunur.
Akqabay
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













