Cənubi Qafqaz
İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
Ermənistanda baş nazir Nikol Paşinyana müxalif olan siyasi qüvvələr ümummilli birlik yaratmaq təşəbbüsü ilə çıxış ediblər.
Publika.az xəbər verir ki, rusiyalı iş adamı, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın malikanəsində 12 müxalif siyasi qüvvənin nümayəndələrinin iştirakı ilə kritik toplantı keçirilib. Görüşdə iki parlament siyasi qüvvəsi də təmsil olunub.
Toplantıda iştirak edən siyasi qüvvələr əsas məsələlər üzrə səylərini birləşdirmək barədə razılığa gəliblər.
“Güclü Ermənistan” siyasi qüvvəsinin nümayəndəsi Narek Karapetyan bildirib ki, iştirakçılar arasında müəyyən fikir ayrılıqları olsa da, ölkənin gələcəyi ilə bağlı əsas istiqamətlərdə birgə fəaliyyət göstərmək niyyətindədirlər.
Görüşün yekununda qəbul edilən birgə bəyanatda Konstitusiyanın məcburi dəyişdirilməsinə qarşı çıxılması, birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhə nail olunması, milli kimliyin və Erməni Apostol Kilsəsinin müdafiəsi, həmçinin demokratik hüquq və azadlıqların bərpası əsas məqsədlər kimi göstərilib.
Toplantı iştirakçıları digər siyasi qüvvələri, ictimai xadimləri və tanınmış şəxsləri də ümummilli birləşmə prosesinə qoşulmağa çağırıblar.
Müxalifət nümayəndələrinin toplantısı Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə araşdırmasının aparıldığı dövrə təsadüf edib.
Bundan əvvəl Karapetyanın partiyasının mərkəzi qərargahında axtarışlar keçirilib. İş adamının vəkili Eduard Hovhannisyan həmin axtarışları qanunsuz adlandırıb.
(Musavat.com)
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri















.png)





















